“Sabah”ın keçmiş futbolçusu ölkəsinin ən bahalı transferləri arasında

Ukraynanın “sport.ua” saytı ölkə futbolunun ən bahalı transferlərinin adlarını açıqlayıb.

Komanda.az xəbər verir ki, futbolçuların siyahısı bütün transferlərinin ümumi məbləği əsasında hazırlanıb. Siyahıda bir müddət əvvəl “Sabah”dan ayrılaraq, karyerasını bitirən Marko Deviç də yer alıb. 10-cu sırada olan sabiq hücumçuya karyerasında 5 keçidə görə 11,3 milyon avro ödənilib.

Deviç, 2018/19 mövsümündə “Sabah”ın formasını geyinib. Bu ilin yanvarında da Premyer Liqa klubuyla müqavilə imzalayan keçmiş hücumçu, bir müddət əvvəl “Sabah”dan ayrılaraq, karyerasını bitirib.

Ukraynanın ən bahalı transferi isə hazırda bu ölkənin milli komandasını çalışdıran Andrey Şevçenkodur. Keçmiş hücumçuya karyerasında 2 keçidə görə 67,68 milyon avro ödənilib.

Ukrayna futbolunun ən bahalı transferləri arasında Kiyev “Dinamo”sunun keçmiş azərbaycanlı futbolçusu Aleksandr Əliyev də yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button