Ueyn Runi baş məşqçi təyin olundu

İngiltərənin “Derbi Kaunti” komandasının baş məşqçisi açıqlanıb.

Komanda.az xəbər verir ki, klub baş məşqçi səlahiyyətlərini icra edən Ueyn Runi ilə müqavilə imzalayıb.

Onun sözləşməsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Ueyn Runi 2020-ci ildən “Derbi Kaunti”nin formasını geyinirdi. İngiltərə yığmasının keçmiş üzvü “Mançester Yunayted”dəki çıxışı ilə məşhurlaşıb. O, 2020-ci ilin noyabr ayında Filipp Kokunun istefaya göndərilməsindən sonra baş məşqçi funksiyasını yerinə yetirirdi.