UEFA Bakıda seminar keçirəcək

Bakıda UEFA-nın təşkilatçılığı ilə məşqçi təlimatçılarının inkişaf seminarı keçiriləcək.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, aprelin 25-də başlayacaq seminar 3 gün davam edəcək.

Toplantıda Albaniya, Belarus, Farer adaları, Cəbəllütariq, Moldova, San Marino və Uelsdən olan təlimatçılar iştirak edəcək.

UEFA-nın Grassroots mentoru Les Hovienin keçirəcəyi seminara UEFA nümayəndələri Genadi Skurtul və Tibor Sisa rəhbərlik edəcək.

Seminarda AFFA-nın texniki direktoru Cahangir Həsənzadə, məşqçi tədris şöbəsinin müdiri Aslan Kərimov və təlimatçılar iştirak edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button