“Hansı futbolçunu transfer etmək istədiyimiz heç kimə sirr deyil” – Tuxel

“Bayern”in baş məşqçisi Tomas Tuxel “Napoli”nin müdafiəçisi Kim Min Jaeni transfer etmək üçün mübarizə apardıqlarını deyib.

Komanda.az “CalcioMercato”-ya istinadən xəbər verir ki, o, fransalı müdafiəçu Lukas Hernandesin klubu tərk etməsi haqda da danışıb:

“Hernandesin gedişindən sonra yaranan boşluğu doldurmalıyıq. Onun yerinə hansı futbolçunu transfer etmək istədiyimiz heç kimə sirr deyil.

Bir oyunçu klubdan ayrılmaq istədiyini deyəndə və biz də alternativ variantımızın olduğunu dilə gətirəndə razılıq əldə edirik. Ümid edirik ki, qısa zamanda mövcud boşluğu dolduracağıq”.

Fransa millisinin üzvü iyulun 9-da ölkəsinin PSJ klubu ilə 5 illik müqavilə imzalayıb.

Yayılan xəbərlərə görə, Kim Min Jae yaxın günlərdə Münhen klubu ilə müqavilə imzalayacaq. Bu keçid “Bayern”ə 50 milyon avroya başa gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button