“Qalatasaray”ın 3 futbolçusu koronavirusa yoluxdu

Türkiyənin “Qalatasaray” klubunun üç futbolçusunda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Qalatasaray”da müdafiəçi Patrik van Aanholt, yarımmüdafiəçi Alpaslan Öztürk və qapıçı Fatih Öztürkün koronavirus testinin nəticəsi müsbət olub.

Hər üç oyunçunun səhhəti yaxşıdır və onlar evdə təcrid olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button