Konfrans Liqasının ilk finalçısı müəyyənləşdi

Bu gün Konfrans Liqasında ilk finalçı müəyyənləşib.

Komanda.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçında İtaliyanın “Fiorentina” klubu Belçikada “Brügge”nin qonağı olub.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Florensiya təmsilçisinin ilk görüşdə qazandığı qələbə (3:2) onları finala yüksəldib.

Bu raundun digər cavab matçı mayın 9-da olacaq. “Olimpiakos” Yunanıstanda İngiltərənin “Aston Villa” komandasını qəbul edəcək. Afina klubu səfərdə rəqibinə qalib gəlib – 4:2.

Avropa Konfrans Liqası
Yarımfinalın cavab oyunları
8 may

Brügge (Belçika) – Fiorentina (İtaliya) 1:1
Qol
: Vanaken, 20 – Beltran, 85-pen.
Baş hakim: Halil Umut Meler (Türkiyə).
Brügge. Jan Breydel stadionu.
İlk oyun – 2:3.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button