“Tottenhem” uelsli futbolçu ilə vidalaşacaq

İngiltərənin “Tottenhem” klubu müdafiəçisi Ben Deyvislə yollarını ayırmağa hazırlaşır.

Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, London klubu 31 yaşlı futbolçu üçün təklifləri nəzərdən keçirməyə hazır olacaq.

Deyvis uzun müddətdir ki, “Tottenhem”də çıxış edir. O, 2014-cü ilin yayında “Suonsi”dən transfer olunub. O vaxtdan bəri uelsli futbolçu komandada 330 oyun keçirib, 9 qol vurub və 23 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button