ÇL: “Real” kimi komandaya qarşı 1:0 hesabı kifayət deyil”

“Bayern”in müdafiəçisi Alfonso Deyvis Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Real”a məğlubiyyəti (1:2) şərh edib.

Komanda.az “CBS Sport”-a istinadən xəbər verir ki, kanadalı futbolçu 1:0 hesabının kifayət olmadığını bildirib: 

“Real” kimi komandaya qarşı 1:0 hesabı kifayət deyil. Bu, təslim olan komanda deyil”.

Madrid komandası ümumi hesabda (2:2 və 2:1) qalib gəlib, Çempionlar Liqasının finalına çıxıb. Onlar finalda PSJ-ni məğlub edən “Borussiya” ilə qarşılaşacaqlar. Final iyunun 1-də “Uembli*də baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button