Keçmiş FİFA referisi “Real” – “Bayern” matçı haqda: “İki hakim səhvi oldu”

Sabiq FİFA referisi, Çempionlar Liqasının analitiki Kristina Unkel turnirin yarımfinal mərhələsinin “Real” – “Bayern” cavab matçının (2:1) son dəqiqələrində yaşanan mübahisəli məqamı şərh edib.

Komanda.az “CBS Sport”-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis iki hakim səhvi olduğunu bildirib:

“Təəssüf ki, iki hakim səhvi oldu: birincisi, köməkçi hakim bayraq qaldırdı, bu göstərişlərə zidd idi. İkincisi, baş hakim bu tövsiyəni qəbul etdi”.

“Real” “Bayern”ə (2:2 və 2:1) qalib gəlib, Çempionlar Liqasının finalına yüksəlib. Onlar finalda PSJ-ni məğlub edən “Borussiya” ilə qarşılaşacaqlar. Final iyunun 1-də “Uembli”də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button