Ançelotti: “Mən bunu bizdən gözləmirdim”

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Bayern” üzərində qazanılan qələbəni (2:1) şərh edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis bunun sehrli bir şey olduğunu bildirib:

“Bu, tez-tez başımıza gəlirdi. Və yenə oldu. Bizi dəstəkləyən azarkeşlər, fantastik stadion, inanmaqdan əl çəkməyən oyunçular… Bu, sadəcə, sehrli bir şeydir. Qol buraxdığımız çətin anda başımızı aşağı salmadıq. Azarkeşlər bizə çox kömək etdilər. Onlar göstərdilər ki, hansı turnirdə oynadığımızı başa düşürlər. Hətta mən bunu bizdən gözləmirdim. Onlar əla idi. Və oyunçuları ruhlandırdılar.

Nəinki uzun müddət kənarda qalanlar üçün çoxlu problemimiz, çox ciddi zədələrimiz var idi. Bu komandanın oyunçuları fantastik qabiliyyətlərə və xarakterə malikdirlər”.

“Real” “Bayern”ə (2:2 və 2:1) qalib gəlib, Çempionlar Liqasının finalına yüksəlib. Onlar finalda PSJ-ni məğlub edən “Borussiya” ilə qarşılaşacaqlar. Final iyunun 1-də “Uembli”də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button