“Xəzri” yarımfinal seriyasına qələbə ilə başladı

“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının növbəti yarımfinal oyunu baş tutub.

Komanda.az xəbər verir ki, pley-off çərçivəsində “NTD-İndiqo” və “Xəzri” komandaları seriyanın 1-ci oyununa çıxıblar.

Oyunun əvvələrindən bərabər şəkildə davam edən mübarizə, yekunda “Xəzri”nin 63:61 hesablı qələbəsi ilə bitib. Bu qələbə ilə “Xəzri” seriyanın ümumi hesabında 1:0 önə keçib. Ən məhsuldar basketbolçular “Xəzri”də Cordan Perkins (15 xal, 10 asist), “NTD-İndiqo”da isə Qeylen Smit (20 xal, 12 ribaund)

“NTD-İndiqo” və “Xəzri” arasında yarımfinal seriyasının 2-ci oyunu mayın 11-də baş tutacaq

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button