“Bordo” istədi, “Fənərbaxça” aldı

Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Bursaspor”dan Burak Kapacakla razılaşıb. Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Burak tibbi müayinədən keçdikdən sonra “Fənərbaxça” ilə rəsmi müqavilə imzalayacaq.

21 yaşlı cinah oyunçusu “Bursaspor”la 83 rəsmi oyunda 7 qol vurub, 15 məhsuldar ötürmə edib. Burakın adı Fransanın “Bordo” klubu ilə hallanırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button