Daha 6 futbolçuda koronavirus aşkarlandı – Super Liqa klubunda

Türkiyənin “Fatih Karagümrük” klubunun 6 futbolçusunda koronavirus aşkarlanıb

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, Alparslan Erdem, Lukas Kastro, Qaston Kampi, Andrea Bertolacci, Ervin Zukanoviç və Efe Tatlıda koronavirus aşkarlandığı bildirilib.

Futbolçuların durumu yaxşıdır və onlar karantinə alınıblar.

“Fatih Karagümrük”də bundan əvvəl hücumçu Fabio Borini və yarımmüdafiəçi Lukas Biqliyada koronavirus aşkarlanmışdı.