“Fənərbaxça”da koronavirus şoku

Türkiyənin “Fənərbaxça” klubunun 2 futbolçusunda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Virusa yoluxan futbolçuların adları açıqlanmayıb və onlar karantinə alınıblar.