“Turan Tovuz”un futbolçusu Azərbaycan millisinin rəqibinə qarşı oynadı

AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasının rəqiblərindən olan İsveç millisi yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, seçmə mərhələnin 7-ci turunda istirahət edəcək sözügedən komanda Moldova millisi ilə üz-üzə gəlib.

Millimizin rəqibi bu oyundan inamlı qələbə ilə ayrılıb – 3:1.

Moldova yığmasının heyətində “Turan Tovuz”un müdafiəçisi Denis Marandiç 90 dəqiqə meydanda olub. O, ikinci hissədə sarı vərəqə də alıb. “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram isə sonadək ehtiyatda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button