Bundesliqadan Türama “elçi”

“Bayern” “Borussiya”nın (Münhenqladbax) hücumçusu Markus Türamla maraqlanır.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, Türamı “İnter” və “Nyukasl” da heyətinə cəlb etməyə çalışır. Futbolçu uğrunda “Arsenal”, “Yuventus”, “Tottenhem”, “Atletiko” və MLS klublarından “İnter Mayami”nin də mübarizə apardığı deyilir.

Hücumçunun “Borussiya” ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

Türam bu mövsüm Almaniya Bundesliqasında 15 oyuna çıxıb, 10 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button