Türam “İnter”ə keçir – İllik qazancı da məlumdur

Almaniya “Borussiya”sının (Münhenqladbax) hücumçusu Markus Türam karyerasını “İnter”də davam etdirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər futbolçunun keçidi ilə bağlı razılıq əldə ediblər.

25 yaşlı fransalı forvard Milan təmsilçisinə azad agent kimi keçəcək. Onun illik qazancı 6 – 6,5 milyon avro olacaq. Müqavilənin müddəti barədə məlumat verilməyib.

“Neradzurra” qarşıdakı iki gün ərzində transferi rəsmi şəkildə elan etməyi planlaşdırır.

Türam 2019-cu ilin iyulundan Bundesliqa klubunda forma geyinir. O, 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 32 oyuna çıxıb, 16 qol vurub və 7 məhsuldar ötürmə edib. Türamın “Borussiya” ilə müqaviləsi 2023-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button