“Tottenhem”in sabiq futbolçusu vəfat etdi

İngiltərənin “Leyton Orient” klubunun baş məşqçisi və “Tottenhem”in sabiq futbolçusu Castin Edinburq vəfat edib.

Komanda.az xəbər verir ki, bu barədə “Leyton Orient” klubunun rəsmi saytı məlumat yayıb. 49 yaşlı mütəxəssis ürək tutmasından vəfat edib.

Edinburq 1990-2000-ci illər aralığında “Tottenhem”də forma geyinib. O, 2017-ci ilin iyununda “Leyton Orient” klubunun “sükanı arxasına” gətirilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button