“Tottenhem”dən rekord transfer

İngiltərənin “Tottenhem” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransanın “Olimpik” (Lion) klubundan Tanquy Nbombeleni transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı fransalı yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalanıb.

“Tottenhem” bu transferə görə, Lion klubuna 54 milyon funt-sterlinq təzminat ödəyəcək. Bu isə sözügedən klubun tarixində rekord göstəricidi. Premyer Liqa təmsilçisinin əvvəlki rekordu iki il öncə 42 milyon funt-sterlinqə “Ayaks”dan transfer edilən Davinson Sançes idi.

Fransa millisində 6 oyuna çıxan Ndombele, geridə qalan mövsümdə “Olimpik”lə bütün turnirlər çərçivəsində 48 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button