“Tottenhem” Portuqaliya millisinin üzvünü transfer etmək istəyir

“Tottenhem” “Vulverhempton”un portuqaliyalı yarımmüdafiəçisi Pedro Neto uğrunda mübarizəyə qoşulub. London klubu futbolçunu yay transfer pəncərəsində almaq istəyir.

Komanda.az xəbər verir ki, bu barədə “Football İnsider” məlumat yayıb.

Daha əvvəl 24 yaşlı futbolçu ilə “Liverpul”, “Mançester Siti”, “Arsenal” və “Nyukasl”ın maraqlandığı bildirilirdi.

Neto 2019-cu ildən “Vulverhempton”da çıxış edir. Futbolçu bu mövsüm bütün yarışlarda 23 oyun keçirib. O, bu matçlarda 3 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Neto Portuqaliya millisində 5 oyun keçirib və 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button