“Tottenhem” keçmiş futbolçuları məşqçi postuna gətirir

Keçmiş futbolçular – Yaya Ture və Cermeyn Defo “Tottenhem”in akademiyasında məşqçi vəzifəsini yerinə yetirməyə hazırlaşır.

Komanda.az “Evening Standard”-a istinadən xəbər verir ki, “Tottenhem” klubun akademiyasını yenidən qurmaq üçün çalışır. Defo və Ture üçün müəyyən yaşda ayrıca komanda ayrılacaq.

Defo 2004-2008 və 2009-2014-cü illərdə “Tottenhem”də çıxış edib. 39 yaşlı sabiq ingilis futbolçu 2022-ci ilin martında karyerasını bitirib.

39 yaşlı Ture 2020-ci ildə futbolçu karyerasını sona çatdırıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button