
“Torpedo” “Zirə” ilə matçdan əvvəl yeni futbolçu transfer edib
“Zirə”nin UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində rəqibi olan Gürcüstanın “Torpedo” klubu heyətinə yeni futbolçu qatıb.
Komanda.az xəbər verir ki, bu barədə Kutaisi təmsilçisi məlumat yayıb.
27 yaşlı bolqarıstanlı cinah oyunçusu Mateo Stamatov transfer edilib. Onunla 2+1 illik müqavilə imzalanıb.
“Zirə” – “Torpedo” oyunu iyulun 8-də, saat 20:00-da Mehdi Hüsenyzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Cavab qarşılaşması iyulun 16-da olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



