Tibbi müayinədən keçdi – Müqaviləyə imza atmaq qalır

Xorvatiyalı yarımmüdafiəçi İvan Perişiç “Tottenhem”lə müqavilə imzalayacaq.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, mayın 30-da o, Londonda tibbi müayinədən keçib.

Daha əvvəl xəbər verilmişdi ki, xorvatiyalı “Tottenhem”lə 2 illik müqavilənin şərtlərini razılaşdırıb.

Perişiçin “İnter”lə hazırkı müqaviləsi bu il iyun ayının sonuna qədərdir. Ona görə də, o, bu yay azad agent kimi komandadan ayrıla bilər.

33 yaşlı futbolçu 2015-ci ilin avqustundan “İnter”də çıxış edir. O, 2021/22 mövsümündə 48 matçda meydana çıxıb, 9 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button