Ronaldo sonuncu oldu – Premyer Liqada

“The Athletic” nəşri İngiltərə Premyer Liqasında rəqib müdafiəçilərə ən çox təzyiq edən futbolçuların siyahısını hazırlayıb.

Komanda.az xəbər verir ki, siyahının ilk iki pilləsində “Kristal Pelas”dan Vilfrid Zaha və “Brayton”dan Nil Mope yer alıb. Onlar hər oyunda 20 dəfə rəqib futbolçulara pressinq tətbiq edib.

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo siyahının son pilləsində qərarlaşıb. O, hər matçda rəqib müdafiəçilərə orta hesabla 2,7 dəfə pressinq edib.

Ronaldo bu mövsüm Premyer Liqada 3 oyunda 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button