
Tarixin ən yaxşı 10 braziliyalı futbolçusu – SİYAHI
Britaniyanın nüfuzlu “FourFourTwo” jurnalı tarixdəki ən yaxşı braziliyalı futbolçuların siyahısını tərtib edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahının zirvəsində üçqat dünya çempionu Pele qərarlaşıb.
İkinci pillədə əfsanəvi hücumçu Ronaldo Nazario yer alıb. İlk üçlüyü isə Qarrinça tamamlayır.
Siyahının davamı belədir:
4. Ronaldinyo
5. Romario
6. Rivaldo
7. Ziko
8. Sokrates
9. Jarzinyo
10. Kaka
Braziliya millisinin tarixində ən çox qol vuran Neymar (“Santos”) bu siyahıya daxil edilməyib. Bu isə futbol ictimaiyyətində müzakirələrə səbəb olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



