“Ayaks”ın kapitanı hücuma məruz qaldı

“Ayaks”ın kapitanı Duşan Tadiç Amsterdamdakı evinin qarşısında iki silahlı soyğunçu ilə dava edərkən yaralanıb.

Komanda.az “De Telegraaf”-a istinadən xəbər verir ki, iyulun 27-dən 28-nə keçən gecə dəbilqəli iki nəfər Tadiçə hücum edib. Onlar futbolçunun saatını oğurlamaq istəyiblər. “Ayaks”ın futbolçusu avtomobilindən düşərkən quldurlar ona yaxınlaşıblar. Tadiç dərhal nəsə baş verdiyini anlayıb və qaçmağa çalışıb.

Qısa təqibdən sonra soyğunçularla oyunçu arasında dava düşüb. Tadiç oğrulardan birinin dəbilqəsinin üzlüyünü açıb və onun üzünə zərbə endirib. Serbiyalı yarımmüdafiəçi əlindən yüngül zədə alıb. O kiçik kafedə gizlənib. Hücum edən şəxslər skuterlə hadisə yerini tərk ediblər.