“Təslim olmaq həmişə xoşagəlməzdir” –  Çerçesov

“Ferentsvaroş”un baş məşqçisi Stanislav Çerçesov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a 1:3 hesabı ilə uduzduqları cavab oyunundan danışıb.

Komanda.az xəbər verir ki, rusiyalı məşqçi, “Sport Ekpress”ə açıqlamasında bunları deyib:

“Çərşənbə axşamı final fitindən sonra həmkarım Qurban Qurbanovu səmimi qəlbdən təbrik etdim. Təəssüf ki, biz tapşırığın öhdəsindən gələ bilmədik və “Qarabağ” Budapeştdə layiqli qələbə qazandı. Təslim olmaq həmişə xoşagəlməzdir, lakin həyat davam edir. Biz daha güclü olmaq üçün düzgün dərslər almalıyıq.

Gələn həftəsonu komandanı Macarıstan çempionatının oyunu gözləyir. Daha sonra Avropa Liqasının pley-off mərhələsinin ilk matçında “Şemrok Rovers”la qarşılaşacağıq. Təbii ki, qrup mərhələsinə düşmək istəyi var. Azarkeşlərimizə dəstəyə görə minnətdarıq. Növbəti oyunlarda onları sevindirmək istəyirik”.

Çerçesov qarşıda çox oyun olduğunu deyib:

“Qarşıda hələ çox oyun var, ona görə də heç birimizin ağlına dincəlmək gəlmir. Uğur, əlbəttə, daha xoşdur, amma itirməyi də bacarmaq lazımdır. Bizim vəzifəmiz səhvlərimizi sakit şəkildə təhlil etmək, düzgün nəticə çıxarmaq və irəli getməkdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button