Millinin baş məşqçisi “Arsenal”ın hücumçusunu müdafiə etdi

İsveç millisinin baş məşqçisi Qrem Potter, yığma komandanın və “Arsenal”ın hücumçusu Viktor Qyokereşin tənqidlərdən faydalandığını düşünür. İsveçli futbolçu tez-tez zəif oyununa görə tənqid olunur.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, forvardı bu tənqidlərə qarşı müdafiə edib:

“Tənqidlər Qyokereş üçün faydalı olub. Düşünürəm ki, bu, onun xarakterinin gücünü vurğulayır. Şəxsən mən Qyokereşə şübhə etmirəm, o, birinci dərəcəli oyunçu və əla insandır. İnanıram ki, o, “Arsenal”ın bütün yarışlarda uğur qazanmasına töhfə verəcək. Hər bir oyunçu bəzən tənqidlərlə üzləşməli olur, bu, işin bir hissəsidir”.

Qyokereş 2025-ci ilin yayında 75 milyon avroya “Sportinq”dən “Arsenal”a keçib. 27 yaşlı futbolçu bu mövsüm İngiltərə klubunun heyətində 36 matçda 15 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button