Super Liqa klubundan iki yeni transfer

Türkiyənin “Ankaragücü” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi sağ cinah müdafiəçisi Alperen Babacanla anqolalı yarımmüdafiəçi Hermenegildo da Kosta Paulo Bartolomeunu (Ceraldo) transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Dənizlispor”un yetirməsi olan, bir müddət “Akhisarspor”un da uğurları üçün çalışmış Alperen Babacan yeni klubu ilə 2.5 illik müqaviləyə imza atıb.

Son olaraq Misirin “Əl-Əhli” klubunda oynamış Ceraldo isə Türkiyə təmsilçisi ilə 1.5 illik müqavilə imzalayıb. 29 yaşlı futbolçu karyerası ərzində “Koritiba”, “Parana”, “Red Bull Brazil”, “Atletiko-GO”, “1 de Aqosto” kimi komandalarda da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button