Super Liqa klubunda baş məşqçi istefası

Türkiyənin “Dənizlispor” klubu baş məşqçisi Yücel İldiz ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Klub rəhbərliyi onunla müqaviləyə birtərəfli qaydada xitam verib. Buna komandanın elitadakı uğursuz çıxışı səbəb olub.

Yücel İldiz “Dənizlispor”u 2018-ci ilin oktyabr ayından çalışdırırdı. Komandanı Super Liqaya çıxaran bu mütəxəssisin rəhbərliyi altında elitada 7 oyuna cəmi 8 xal toplayan Dənizli klubu hazırda 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.