Super Liqa klubunda 3 ayrılıq

Türkiyənin “Kayserispor” klubu ötən mövsüm “Beşiktaş”a icarəyə verdiyi Bernard Mensahı geri qaytarıb.

Komanda.az xəbər verir ki, Kayseriyə gələn qanalı futbolçu tibbi müayinələrdən uğurla keçdikdən sonra komanda ilə məşqlərə başlayıb.

Mensah 2018-ci ildən “Kayserispor”un uğurları üçün çalışır. 26 yaşlı futbolçu əvvəllər “Vitoriya”, “Xetafe”, “Kasımpaşa” kimi klubların da formasını geyinib.

Kayseri təmsilçisi üç futbolçusu ilə də yollarını ayırıb. Bunlardan biri Aaron Lennondur. 34 yaşlı ingilis futbolçu ötən mövsümün əvvəlində Kayseri təmsilçisi ilə müqavilə bağlamışdı. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. İngiltərə yığmasının sabiq üzvü əvvəllər “Bernli”, “Everton”, “Tottenhem” və “Lids”də də oynayıb.

Super Liqa təmsilçisinin vidalaşdığı digər futbolçu isə Kristian Sapunarudur. Rumıniyalı futbolçu ilə də müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 37 yaşlı yarımmüdafiəçi, sabiq komandası Buxarest “Rapid”inə dönüb. O, ötən mövsümün əvvəlindən Kayseri klubunun formasını geyinirdi. Rumıniya millisinin sabiq üzvü 2017-2019-cu illərdə də “Kayserispor”da çıxış etmişdi. Sapunaru karyerası ərzində “Dənizlispor”, “Astra”, “Panduri”, “Elçe”, “Saraqosa”, “Portu” kimi komandalarda da oynayıb.

“Kayserispor” digər rumıniyalı futbolçusu – Denis Alibeki də “CFR Kluj”a icarəyə verib. 30 yaşlı forvard 2021/22 mövsümünün sonuna kimi Rumıniya klubunun uğurları üçün çalışacaq. Rumıniya millisinin üzvü ötən mövsümün əvvəlindən Kayseri təmsilçisində idi. O, karyerası ərzində “Farul”, “İnter” (Milan), “Mexelen”, “Vitorul”, “Bolonya”, “Astra”, “Styaua” kimi komandalarda da oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button