“Sumqayıt”dan Rumıniya klubu ilə məhsuldar heç-heçə

Növbəti mövsümə hazırlığı Ankarada davam etdirən “Sumqayıt” bu gün Türkiyədə ilk yoxlama matçına çıxıb.

Komanda.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı sözügedən kollektiv Rumıniyanın “Petrolul Ploieşti” klubu ilə qarşılaşıb.

Kızılcahamam mərkəzi stadionunda keçirilən matçda qapılara bütövlükdə 4 qol vurulub. Qarşılaşma isə heç-heçə başa çatıb.

Yoxlama oyunu

21 iyul

Sumqayıt – Petrolul Ploieşti 2:2
Qol
: Şəhriyar Əliyev, 16. Rüfət Abdullazadə, 38 – Antoniu Manolaşe, 4. Villian Pozo-Venta, 77.
Kızılcahamam mərkəzi stadionu.

Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 4. Şəhriyar Əliyev, 6. Vüqar Mustafayev, 9. Amil Yunanov, 10. Əmir Ağayev, 14. Elvin Bədəlov, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 25. Baxşəli Baxşəliyev, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 2. Rail Məlikov, 5. Adil Nağıyev, 7. Ehtiram Şahverdiyev, 11. Elgün Nəbiyev, 27. İsmayıl Babayev, 28. Səbuhi Abdullazadə, 77. Cavidan Abbaszadə, 97. Xəyal Nəcəfov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button