Sulşer derbidən əvvəl: “…bütün komandalardan daha yaxşı olacağıq”

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer “Mançester Siti” ilə keçirəcəkləri Premyer Liqa matçından əvvəl açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, norveçli mütəxəssis, Mançester derbisində yaxşı nəticə qazanmaq istədiklərini deyib:

“Həm bir  azarkeş, həm də bir məşqçi olaraq deyə bilərəm ki, “Mançester Siti”ni çox yaxşı tanıyırıq. Bu oyunda ən sərfəli nəticəni qazanmaq istəyirik. Bunun üçün də, ən yaxşı oyunumuzu göstərəcəyik”.

46 yaşlı mütəxəssis, hazırda çempionluq yarışına qoşulmağa hazır olmadıqlarını da deyib:

“Hazırda sabit bir komanda olduğumuzu düşünmürəm. Son 18 oyunda lider komandalardan uzaq bir oyun göstərmədik, amma mövsüm əzində bu “performans”dan uzaq idik. Bir gündə böyük dəyişikliklər gözləyə bilməzsiz, bunlar addım-addım olur. Bir anda komandaya 10 yeni futbolçu da gətirə bilməzsiz, yavaş-yavaş, əmin addımlarla irəliləməlisiz.

Bizi istədiyimiz yerə gətirəcək, yaxşı xarakterdə və səviyyədə olan futbolçuları tapacağıq. Bununla da, təkcə “Liverpul” və “Mançester Siti”dən deyil, digər bütün komandalardan daha yaxşı olacağıq”.

“Mançester Yunayted” – “Mançester Siti” oyunu bu gün, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button