Sulşer onu Ronaldo ilə müqayisə etdi

İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Ole-Qunnar Sulşer Markus Reşfordla bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, norveçli mütəxəssis, 22 yaşlı futbolçunu “qırmızı şeytanlar”ın sabiq hücumçusu Kriştiano Ronaldo ilə müqayisə edib:

“Bu iki futbolçunu asanlıqla müqayisə etmək olar. Hər ikisi yaxşı texnika, fiziki xüsusiyyətlər və bacarıqlara malikdir. Reşfordun dünyanın ən yaxşı futbolçularından biri olmaq üçün hər cür şansı var. Ümid edirəm ki, Markus karyerasına bu cür də davam edəcək. Onun vurduğu qolların sayı barədə danışmaq istəmirəm. Belə davam edəcəyi müddətdə qollar vurmağa davam edəcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button