“Neftçi” texniki və fiziki cəhətdən bizdən daha hazırlıqlı görünürdü” – “Spartak”ın futbolçusu

“Spartak”ın futbolçusu Mixail İqnatov “Neftçi”yə qarşı keçirdikləri yoxlama oyunundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Moskva təmsilçisinin mətbuat xidmətinə danışan yarımmüdafiəçi, 1:2 hesabıyla məğlub olduqları oyunu belə şərh edib:

“Oyun çətin keçdi. Hələ yeni formaya düşürük. “Neftçi”nin bir həftə sonra Çempionlar Liqasında oyunu var. “Neftçi” texniki və fiziki cəhətdən bizdən hazırlıqlı görünürdü. Oyundan oyuna inkişaf etmək və belə rəqibləri məğlub etmək üçün çalışacağıq.

Yenidən əsas komandada olmaq üçün çalışdım. Ümid edirəm ki, hər şey qaydasında olar və azarkeşlərimi oyunumla məmnun edərəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button