Söymək üçün sahib çıxdığımız komanda

Rəşad Ergün

Azərbaycanda indi ən asan və ən təhlükəsiz şeylərdən biri futbolu və futbolçuları, AFFA-nı və baş məşqçiləri tənqid etməkdir.


Azərbaycan futbolunun bir neçə addım sonrakı gələcəyi olan 21 yaşadək futbolçuların portuqaliyalı həmyaşıdlarına 0:4 hesablı məğlubiyyəti bir yana, meydanda oyun yox idi. Ya da, meydanda sadəcə bir komanda, onun da qarşısında istəkləri ilə imkanları üst-üstə düşməyən, məqsədsiz şəkildə ora-bura qaçan 11 cavan oğlan var idi. Vəssalam, şüttəmam.


Bütün bu məğlubiyyətlər, Azərbaycan futbolunun gələcəyini qaranlıq və dumanlı göstərən nəticələr, içimizdə yuva salan vəsvəsə təkcə bir qurumun – AFFA-nın – bir neçə baş məşqçinin və futbolçuların məsuliyyəti deyil. Bu, milli kimlik məsələsidir, milli məsuliyyətdir. Bu milli komanda öz xəstəsinə xəstə yox, pul kisəsi kimi baxan azərbaycalı həkimlərin milli komandasıdır. Bu milli komanda normal təhsil verməyən Azərbaycan məktəblərinin, məktəblilərin, müəllimlərin milli komandasıdır. Bu milli komanda bizim nə işə yaradığı məlum olmayan Milli Məclisin milli komandasıdır. Bu milli komanda müştərilərlə davranış qaydasını qanmayan, onların yanında söyüş söyən, istədiyi musiqini seçib istədiyi qədər səsini qaldıran taksi sürücülərimizin milli komandasıdır. Bu milli komanda insan kimi yaşamaq uğrunda savaşan və bu savaşda jurnalistikanın bütün prinsiplərinə tüpürən jurnalistlərimizin milli komandasıdır. Bu milli komanda istedadı və bacarığı dünyaya açılmağa yetməyən aktyorlarımızın, musiqiçilərimizin, yazıçılarımızın, rəssamlarımızın – hər birimizin milli komandasıdır. Bu milli komandada hər birimizdən bir şey var. Bu komanda bizik – bizim milli kimliyimizdir, etiraz etsək də, etməsək də.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button