Azarkeşlər Fələstini dəstəklədi, rəhbərlik bayraqları yığışdırdı FOTO

Şotlandiyanın “Seltik” klubunun azarkeşləri Fələstinə dəstək məqsədiylə stadionun tribunalarına bu ölkənin bayraqlarını yerləşdiriblər.

Komanda.az xəbər verir ki, Qlazqo təmsilçisinin rəhbərliyi tribunalardan bayraqları götürüblər. “Seltik”in azarkeş qrupu “tvitter” vasitəsilə rəhbərliyin bu hərəkətini qınayıb:

“Məyus olduq, ancaq təəccüblənmədik. Biz Fələstin bayrağını dalğalandırmağı insanlıq və həmrəylik hərəkəti kimi görsək də, rəhbərliyin bayraqları götürməsi, onların “Seltik” klubunun dəyərlərindən nə qədər uzaqlaşdıqlarını göstərir. Çirkin və şiddətli zülmə susmaq, bunların lehinə olmaq deməkdir”.