“Everton” “Liverpul”un keçmiş kapitanını istəyir

Şotlandiyanın “Reyncers” komandasının baş məşqçisi Stiven Cerrard İngiltərədə çalışa bilər.

Komanda.az xəbər ki, ingilis mütəxəssis “Everton” klubunda baş məşqçi postuna əsas namizədlərdəndir. Bu barədə “The Athletic” nəşri məlumat yayıb. “Everton” rəsmiləri yaxın zamanda Cerrardın təmsilçiləri ilə görüşəcək.

“Everton”da dünən Karlo Ançelotti baş məşqçi vəzifəsindən ayrılıb. İtalyan mütəxəssis “Real” komandasına rəhbərlik edəcək.

Cerrard futbolçu kimi “Everton”un əzəli rəqibi “Liverpul”da çıxış edib və bu komandanın kapitanı olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button