“Liverpul”da işləmək hədəfim və arzumdur” – Cerrard

Şotlandiyanın “Reyncers” klubunda baş məşqçilik edən Stiven Cerrard açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ingilis mütəxəssis, sabiq komandası “Liverpul”a qayıtmağı xəyal etdiyini deyib:

“Düzdür, mənimlə İngiltərədən bir klub maraqlanır. Bu komandanın adını və təklifin detallarını açıqlamayacam. Ancaq bu təklif mənim düzgün yolda olduğumu göstərir. Bu, yaxşı iş gördüyümün sübutudur.

Mənə daha əvvəl də “Liverpul”la bağlı suallar verilib. Mənim də cavablarımı eşitmisiz. Bu mövzuda kifayət qədər söhbətlər olub. Mənim hədəfim və xəyallarım var. “Liverpul”da işləmək hədəfim və arzumdur”.

Cerrardın rəhbərlik etdiyi “Reyncers” bu mövsüm Şotlandiya Premyer Liqasında çempion olub. 40 yaşlı mütəxəssis 2018-ci ilin yayından Qlazqo komandasını çalışdırır.

Sabiq yarımmüdafiəçi futbolçu karyerası ərzində 1996-2015-ci illər aralığında “Liverpul”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button