“İnter”in futbolçusu mükafatlandırıldı

Slovakiyada 2020-ci ilin ən yaxşı futbolçusu məlum olub.

Komanda.az xəbər verir ki, bu, İtaliyanın “İnter” klubunda çıxış edən Milan Skriniardır. Bu barədə Slovakiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 26 yaşlı müdafiəçi ölkəsində ilin ən yaxşı kişi futbolçusu seçilib.

Ötən ilin ən yaxşı məşqçisi isə Gürcüstan yığmasının sabiq çalışdırıcısı Vladimir Vayss seçilib. 56 yaşlı mütəxəssis 2016-2020-ci illər aralığında Gürcüstan millisində baş məşqçilik edib.