“Bizə bu Morata lazımdır” – Simeone

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone “Real”a qarşı oynadığı oyuna görə hücumçu Alvaro Moratanı tərifləyib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, ispaniyalı futbolçunun kluba lazım olan performansı göstərdiyini bildirib:

“O, bacarığı və zəhməti sayəsində əla oyun keçirdi. Bizə bu Morata lazımdır. Onun bizə lazım olan performansa nail olmaq üçün “silahlar”ı var. Ümid edirəm ki, o, milli komanda və “Atletiko” üçün bu inam səviyyəsini qoruyub saxlaya bilər”.

“Real” “Atletiko”ya 1:3 hesabı ilə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button