Şeydayevin komandasından bir gündə ikinci məğlubiyyət

Rusiyanın “Krılya Sovetov” klubu Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində ötən gün daha bir yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Samara təmsilçisi Xorvatiyanın “Hayduk” (Split) klubu ilə üz-üzə gəlib.

Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Şeydayev də bu görüşün iştirakçısı olub. Millimizin forvardı qarşılaşmanın 60-cı dəqiqəsində meydana buraxılıb.

Xatırladaq ki, “Krılya Sovetov” Avstriyadakı ilk sınaq matçını da ötən gün səhər saatlarında Çexiyanın “Banik” klubuna qarşı keçirmiş və 0:1 uduzmuşdu. Ramil həmin oyunda da 30-cu dəqiqədə meydana buraxılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button