“Bunun üçün lazım olan hər şeyi etdik” – Lopeteqi

“Sevilya”nın baş məşqçisi Xulen Lopeteqi Avropa Liqasında “Mançester Yunayted”i məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan Lopetteqi, 2:1 hesabıyla bitən görüşü belə şərh edib:

“Əlbəttə, çox sevincliyik. Çətin bir oyun oldu və ikinci hissədə çox əziyyət çəkdik. Geridə olsaq da, hesabı bərabərləşdirə bildik. Bütün futbolçularım yaxşı oyun sərgilədi. “Mançester Yunayted” kimi komandanı məğlub etmək üçün çoxlu güc sərf etməlisən.

Çox sevincliyəm. Bu komandanın nələr yaşadığını yaxşı bilirəm. Finala çıxmaq bütün komandanın uğurudur. Futbolçularımla fəxr edirəm. Finala yüksəlməyə layiq idik. Bunun üçün lazım olan hər şeyi etdik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button