Serbiyalı məşqçi “Sabah”a uduzduqları matçdan razı qalıb
Serbiyanın “Voyvodina” komandasının baş məşqçisi Milan Rastavaç Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində “Sabah”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Komanda.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında 2:4 hesabı ilə uduzduqları oyundan razı qaldığını söyləyib:
“Oyun fiziki hazırlığımızın imkan verdiyi kimi keçdi. Oyunun əvvəlində çox yaxşı idik, sonra səhvlər etməyə başladıq. Yaxşı olan çox şey var. Amma üzərində çalışmalı olduğumuz məqamlar da az deyil. Bunları düzəltmək lazımdır. Əvvəlki oyunla müqayisədə müəyyən irəliləyiş əldə etməyimiz və bəzi şeylərin daha yaxşı görünməsi mənim üçün vacibdir. İşləməyə davam etməliyik” – deyə, çalışdırıcı bildirib.
Rastavaç müdafiə xəttindəki problemlərdən də söz açıb: “Müdafiə xəttimizdə yaxşı məqamlar, eyni zamanda yaxşı etmədiyimiz şeylər də var. Məşqdə biz bunları düzəltməyə çalışırıq, lakin daha çox işləməli olacağımız açıq-aydın görünür. Qarşıdakı çempionat oyunlarına qədər problemləri yoluna qoymağımız çox vacibdir”.
Bizi Facebook-da izləyin