“Şaxtyor” uduzdu, “Rayo Valyekano” qalib gəldi

Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Komanda.az xəbər verir ki, matçlardan biri İspaniyada, digəri Polşada baş tutub.

“Rayo Valyekano” “Strasburq”la ev oyunundan çətin qələbə ilə ayrılıb. Donetsk “Şaxtyor”u isə Polşada “Kristal Pelas”a uduzub.

Raundun cavab görüşləri mayın 7-də baş tutacaq.

Konfrans Liqası
Yarımfinalın ilk oyunları

30 aprel

Rayo Valyekano (İspaniya) – Strasburq (Fransa) 1:0
Qol
: Alemao, 54.

Şaxtyor (Donetsk, Ukrayna) – Kristal Pelas (İngiltərə) 1:3
Qollar
: Oçeretko, 47 – Sarr, 1. Kamada, 58. Larsen, 84.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button