Sarri “Yuventus”un tarixinə düşdü

“Yuventus” A Seriyasının 24-cü turunda evdə “Breşiya”nı məğlub edib (2:1).

Komanda.az xəbər verir ki, bu qələbə Turin təmsilçisi üçün əlamətdar olub.

Belə ki, Maurisio Sarrinin rəhbərlik etdiyi komanda cari mövsümdə 17 ev oyununda 16-cı qələbəsini qazanıb. 61 yaşlı mütəxəssis “Yuventus” un tarixində bu uğura imza atan ikinci məşqçi olub. Bu nəticəni əldə edən ilk məşqçi 1960-cı ildə Karlo Parola olub.

Qeyd edək ki, “Yuventus” 57 xalla turnir cədvəlində liderlik edir.