Ten Haqla “müharibə”də olan futbolçu keçmiş klubuna qayıda bilər

Dortmund “Borussiya”sı qışda “Mançester Yunayted”in və İngiltərə millisinin vingeri Ceydon Sançonu transfer etməyi düşünür.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, İngiltərə klubu futbolçunun maaşının bir hissəsini ödəmək şərtiylə onu icarəyə verməyə hazırdır. Hazırda ingilis futbolçunun maaşı həftəlik 325 min avrodur.

Sanço bu mövsüm “qırmızı şeytanlar”ın heyətində bütün turnirlərdə cəmi 3 oyun keçirib. Onun klubla müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Sentyabrın 14-də klub rəhbərliyi baş məşqçi Erik ten Haqla münaqişədən sonra Sançonun əsas komanda ilə məşqlərini dayandırdığını elan edib. Baş məşqçinin yalnız Sançonun ondan və komandadan üzr istəməsi şərti ilə futbolçunu məşqlərə qaytarmağa hazır olduğu bildirilir.

Sanço 2017-2021-ci illərdə “Borussiya”da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button