Aleksis Sançes Fransa klubu ilə anlaşıb

“İnter”in hücumçusu Aleksis Sançes “Marsel”ə keçəcək.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, 33 yaşlı çilili futbolçu artıq Fransa klubu ilə müqavilə imzalayıb.

Dünən “İnter”in futbolçu ilə müqaviləni pozmağa razı olduğu barədə xəbərlər yayılmışdı.

Sançes ötən mövsüm “İnter”lə 39 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin