İnzaqi istefaya göndərildi – Rəsmi

“Salernitana” baş məşqçi Filippo İnzaqini istefaya göndərdiyini açıqlayıb.

Komanda.az İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir ki, “Salernitana” İnzaqini baş məşqçi vəzifəsindən azad edib və ona işinə sadiqliyinə görə təşəkkürünü bildirib:

“İnzaqiyə karyerasının davamında uğurlar arzulayırıq”.

50 yaşlı mütəxəssis İtaliya klubunun baş məşqçisi postuna ötən ilin oktyabrında təyin olunub. O, bundan əvvəl “Recina”, “Breşiya”, “Benevento”, “Bolonya”, “Venesiya” və “Milan”ı çalışdırıb.

“Salernitana” İtaliya çempionatının 24 turundan sonra 13 xal toplayıb və hazırda 20-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button