Salah “Qalatasaray”la matçda iki rekorda imza ata bilər

“Liverpul”un hücumçusu Məhəmməd Salah UEFA Çempionlar Liqasının 1/8 finalında “Qalatasaray”a qarşı keçiriləcək oyunda iki rekord qıra bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı forvard meydana çıxacağı halda, “Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrageri geridə qoyaraq, klub tarixində Çempionlar Liqasında ən çox oyun keçirən futbolçuya çevriləcək. Hazırda hər iki oyunçunun hesabında 80 matç var.

Bundan əlavə, Salah bu turnirdə daha bir qol vuracağı təqdirdə, Çempionlar Liqasında 50 qol həddinə çatan ilk afrikalı futbolçu olacaq. Hazırda onun hesabında 49 qol var.

Misirli futbolçu cari mövsümdə “Liverpul” forması ilə bütün turnirlərdə 30 oyunda iştirak edib, 9 qol vurub və 8 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button